
ABŞ-ın Nevada Universitetinin siyasi elmlər professoru Nerses Kopalyan Factor TV-də Ermənistan-Amerika münasibətlərinin hazırkı mərhələsi, ABŞ-ın regiondakı strateji maraqları və Ermənistanın rolu barədə danışıb.
Kopalyan Qərbin, xüsusən də ABŞ-ın əsas regional tərəfdaş kimi Ermənistana diqqət yetirməsinin səbəblərini izah etdi. Onun sözlərinə görə, Gürcüstan avtoritarizmə doğru yönəlməklə və Qərb orbitindən uzaqlaşmaqla etibarsızlığını göstərib, Azərbaycan isə problemli tərəfdaş kimi görünür. O, həmçinin ABŞ-ın türkləri “Tramp yolu” ilə Ermənistana gətirməsi ilə bağlı ittihamlara da toxundu.
“Amerika Birləşmiş Ştatlarının maraqları Türkiyənin prosesdən kənarda qalmasından irəli gəlir. İkincisi, məhdudlaşdırma ilə məşğul olan və qonşusu ilə münasibətlərini normallaşdırmaq istəməyən bir ölkə necə bu cür dağıdıcı davranışa əl ata bilər, eyni zamanda yeni proqramlardan siyasi dividendlər tələb edə bilər? Bu, məntiqli deyil”,- o deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın ABŞ üçün əhəmiyyəti Mərkəzi Asiyanı Rusiya və Çini keçərək Avropaya birləşdirəcək “Orta Dəhliz” layihəsi ilə şərtlənir. Bu kontekstdə Ermənistan təməl daşı hesab olunur.
“ABŞ qərara gəldi ki, Cənubi Qafqaz onlar üçün ən vacib bölgələrdən biri olacaq. ABŞ qərara gəldi ki, 30-35 ildir davam edən bu münaqişəni heç bir ölkə həll edə bilməz, onlar həll edəcəklər və bu yolla gedirlər”, – deyə o bildirib.
Təhlükəsizlik məsələlərinə toxunan Nerses Kopalyan aydınlaşdırıb ki, söhbət klassik mənada “təhlükəsizlik zəmanətlərindən” (NATO-nun 5-ci maddəsi kimi) deyil, Ermənistanın dayanıqlığının və suverenliyinin artırılmasından gedir.
“Zəmanətlər, zəmanətlər məntiqi bizim üçün norma kimi qəbul edilir, biz X qoşununun X ölkədən gəlməsini tələb edirik… Əslində, biz keçmişdə başa düşürdük, elə deyilmi, bu asılılıq sistemində olmağın nə qədər təhlükəli olduğunu. ABŞ hesab edir ki, Ermənistan Cənubi Qafqaz strategiyasının təməl daşı olmalıdır”, – deyə politoloq vurğulayıb.
O, əlavə edib ki, ABŞ Ermənistanın iqtisadi, hərbi və institusional baxımdan imkanlarını artırmağı hədəfləyir ki, ölkə özünü müdafiə edə bilsin.
“Amerika Birləşmiş Ştatları uzun müddətdir heç kimin həll edə bilmədiyi problemləri yumşaq güc, çevik strategiya və iqtisadi yanaşma ilə həll etdi”, – deyə Kopalyan qeyd edib.
Politoloqun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin narahatlığı onun Ermənistan üzərində güc təsirini itirməsi ilə bağlıdır. Əgər Ermənistan daha möhkəm olarsa və Qərbdən dəstək alsa, Bakının güc tətbiq etmək təhdidinə əsaslanan siyasəti təsirsiz hala gələcək.
“Onlar Əliyevə qarşı müxtəlif şərtlər irəli sürüblər ki, əgər o, onları pozarsa, itkilərə məruz qalacaq… Onlar Əliyevin konstruktiv davranması üçün ona fayda verən bir sistem yaradıblar”, – Kopalyan vurğulaşıb.







