BeynəlxalqSiyasət

ABŞ Milli Kəşfiyyat Direktoru “Reuters”in Rusiya planları ilə bağlı xəbərini təkzib etdi

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard, ABŞ kəşfiyyat orqanlarının Rusiya prezidenti Vladimir Putinin Ukraynaya tam nəzarət etməyə çalışdığına və Litva, Latviya və Estoniyanı ilhaq etməyə hazırlaşdığına inandığı barədə Reuters agentliyinin xəbərini təkzib etdi.

“Xeyr, bu yalan və təbliğatdır. Reuters bu açıqlamaları qəsdən Prezident Trampın hər iki tərəfdən bir milyondan çox insanın ölümünə səbəb olan bu qanlı müharibəyə son qoymaq üçün davam edən səylərini sarsıtmaq istəyən müharibə alovlandırıcılarının maraqları naminə yayır”, – Qabbard X səhifəsində yazıb.

ABŞ milli kəşfiyyat direktoru həmçinin qeyd edib ki, rəhbərlik etdiyi strukturun qiymətləndirməsinə görə, “Rusiya NATO ilə daha genişmiqyaslı müharibədən yayınmağa çalışır”.

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatları araşdıran mütəxəssislər hesab edirlər ki, hazırda Rusiya ordusu “bütün Ukraynanı, Avropanı ələ keçirmək və işğal etmək qabiliyyətinə malik deyil”.

Qabardın sözlərinə görə, bu barədə Reuters agentliyinə şərh verən ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, Demokrat konqresmen Mayk Kuigli də məlumatlandırılıb.

“Kəşfiyyat məlumatları həmişə Putinin daha çox şey istədiyini göstərib. Avropalılar buna əmindirlər. Polyaklar mütləq əmindirlər. Baltikyanı ölkələr hesab edirlər ki, özləri birinci sıradadırlar”, – deyə o qeyd edib.

Agentliyin dekabrın 19-nə olan hesabatı altı mənbəyə əsaslanırdı. Onlardan birində Putinin planları ilə bağlı son ABŞ kəşfiyyat hesabatının sentyabr ayında təqdim edildiyi bildirilirdi. Reuters mənbələri Rusiya prezidentinin bütün Ukraynanı ələ keçirməyə çalışdığını iddia edirdi. Məqalədə qeyd edildiyi kimi, bu iddialar Donald Tramp və onun nümayəndələrinin Rusiya və Ukrayna ilə danışıqlar zamanı verdiyi açıqlamalarla ziddiyyət təşkil edir.

Daha çox göstər
Back to top button