BaşlıcaBeynəlxalq

Tramp İranla ticarət edən ölkələrə 25 faizlik tarif tətbiq edir

ABŞ prezidenti Donald Tramp tariflərin “İranla iş görən” ölkələrə dərhal tətbiq olunacağını açıqlayıb.

BBC-nin məlumatına görə, İranın ən böyük ticarət tərəfdaşı Çin, ardınca İraq, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Hindistan gəlir.

Trump Truth Social sosial şəbəkəsində yazıb: “İran İslam Respublikası ilə iş görən hər hansı bir ölkə ABŞ ilə apardığı hər hansı bir iş üçün 25 faizlik tarif ödəyəcək”.

O, “əmrin qəti və əhatəli olduğunu” vurğulayaraq, yeni tariflərin hansı ölkələrə tətbiq olunacağını dəqiqləşdirməyib.

Ağ Evin sözçüsü Kerolin Livit bazar ertəsi günü bildirib ki, hava hücumları da daxil olmaqla, İrana qarşı hərbi əməliyyatlar “bir seçim olaraq qalır”.

Daha çox göstər
Back to top button