
Ermənistan Parlamentinin sədri Alen Simonyan brifinq zamanı son illərdə Ermənistan ətrafında gedən siyasi proseslərə beynəlxalq reaksiyalara toxunaraq bildirib ki, onlara əsasən müsbət münasibət mövcuddur.
Alınan məlumata görə, Parlamentin sədri qeyd edib ki, həm Avropada, həm ABŞ-da, eləcə də qonşu ölkələrdə – Türkiyədə, Gürcüstanda, İranda və Azərbaycanda müsbət yanaşma müşahidə olunur.
“Siz də görmüsünüz ki, Ermənistanda son illərdə gedən proseslərə demək olar ki, hər yerdə – Avropada, ABŞ-da, bütün qonşularımızda: Türkiyə, Gürcüstan, İran, Azərbaycan – müsbət münasibət var.
Yalnız bəzi müxalif dairələr və Rusiyanın bəzi təbliğatçıları istisnadır” – deyə Parlamentin sədri bildirib.
Alen Simonyanın sözlərinə görə, hətta Rusiya hakimiyyəti də müsbət fikirlər səsləndirir, çünki siyasi baxımdan daha məlumatlıdır və vəziyyəti daha yaxşı dərk edir.







