Siyasət

Rusiya və Azərbaycan hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və orada nazir müavini Vasili Osmakovla görüşüb.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Xəbər verilir ki, söhbət zamanı müdafiə nazirlikləri sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb və bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə olunub.

Daha çox göstər
Back to top button