Alen Simonyan Rusiya ritorikasına toxunub

Ermənistan və Azərbaycan münasibətlərin normallaşmasında yaxşı mənada kifayət qədər irəliləyiblər, sülh müqaviləsi planlaşdırılır ki, bu da Ermənistanın gələcəyi üçün çox vacibdir. Bunu Alen Simonyan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
O qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətlərdə maraqlıdır və Moskvanın Ermənistanın Rusiyaya qarşı addımlar atdığını görməsini istəmir. Eyni zamanda, Simonyan qeyd edib ki, müzakirə edilməli olan məsələlər var.
KTMT-yə toxunan Simonyan qeyd edib ki, Yerevanın hələ cavab almadığı məsələlər var.
“Biz həmçinin ictimai sahədə tez-tez eşitdiyimiz ritorikadan narahatıq. Bu, Ermənistan ictimaiyyətini də narahat edir”, – Simonyan qeyd edib. O əlavə edib ki, Moskva müttəfiq olduğundan və Ermənistan üçün vacib olduğundan ictimaiyyət Moskvadan gələn bəyanatlara çox mənfi reaksiya verir.
Aİİ haqqında danışanSimonyan Ermənistanın Birlikdən çıxmamalı, əksinə, hər iki tərəfə fayda verəcək bir həll yolu tapıla biləcəyi fikrini bildirib.







