BaşlıcaSiyasət

Bir qrup ölkə rəhbəri Ermənistanın Baş naziri və Azərbaycan prezidentini “Zayed” İnsanlıq  qardaşlığı mükafatı ilə təbrik edib

Əbu-Dabidə keçirilən “Zayed” İnsanlıq  qardaşlığı mükafatı təqdimat mərasimində ER  Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev video-mesajla bir sıra ölkə rəhbərləri tərəfindən təbrik ediliblər.

Verilən məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan video-mesajında Ermənistanın Baş naziri və Azərbaycan prezidentinin davamlı sülh uğrunda atdıqları cəsarətli addımları və qəti iradəni yüksək qiymətləndirib:

“Ümid edirəm ki, insani qardaşlıq mükafatı bütün bəşəriyyət üçün faydalı nəticələr gətirəcək” – deyə o, qeyd edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də mükafatla əlaqədar Paşinyan və Əliyevi təbrik edib:

“Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı şeyx “Zayed”  adına İnsanlıq qardaşlığı mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Ən dərin minnətdarlığımı bu dəyərlərin qorunmasına daim sədaqətlə xidmət edən Əlahəzrət şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana bildirmək istəyirəm” – deyə Tokayev  qeyd edib.

Pakistanın Baş naziri Şahbaz Şərif isə Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişinin insani qardaşlığın əsl mahiyyətini nümayiş etdirdiyini qeyd edib:

“Bu mükafat çərçivəsində qiymətləndirilən bir hadisədir”– deyə Şərif  qeyd edib.

.

İordaniya kralı II Abdullah ibn əl-Hüseyn əl-Haşimi mükafat laureatlarını təbrik edərkən Ermənistan-Azərbaycan sülh sazişinin əhəmiyyətini vurğulayıb:

“Sizinlə birlikdə olmaq, Ermənistan-Azərbaycan sülh sazişini və bunu mümkün edən nəhəng səyləri və gözəl insanları qiymətləndirmək mənim üçün böyük şərəfdir”– deyə  İordaniya kralı bəyan edib.

Digər təbrik məktubları “Zayed” İnsanlıq  qardaşlığı mükafatını yüksək qiymətləndirərək təbrik məktubları göndərənlər arasında həm də, Özbəkistan Prezidenti Şəvkət Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Livan Prezidenti Jozef Aun da var.

Daha çox göstər
Back to top button