
TRIPP bu mərhələdə ABŞ-a Cənubi Qafqazda biznes iştirakı təmin edir, lakin biznes iştirakını Amerika strateji iştirakına çevirmək potensialına malikdir. Amerika məsələləri üzrə ekspert Suren Sargsyan bu barədə Facebook səhifəsində yazıb.
“Vitse-prezident Vensin regional səfərinə cəmi bir neçə gün qalıb. Bu səfər regionumuzda Amerikanın geosiyasi maraqlarının irəliləməsində mühüm mərhələlərdən biri olacaq. Bu, ABŞ-ın bu mərhələdə üstünlüyə malik olduğu təbii regional geosiyasi rəqabətdir. Qeyd etmək lazımdır ki, bu üstünlük həm də regiondakı ən zəif halqanın maraqları hesabına əldə edilir ki, bu da realpolitikin acı, lakin real təzahürüdür. Lakin mən bunu yalnız Tramp administrasiyasının qələbəsi hesab etmirəm, çünki bu cür ssenarilər 1991-ci ildən bəri bütün ABŞ administrasiyaları tərəfindən hazırlanıb və onlar addım-addım həyata keçirilib”, – deyə o yazıb.
Amerika məsələləri üzrə ekspert əlavə edib ki, belə bir addımın TRIPP-in və ya onun şərtlərinin həyata keçirilməsinə mənfi təsir göstərə bilməsi də İrana indiyə qədər zərbə vurulmamasında rol oynayıb.







