
Ermənistan Baş naziri Nikol Paşinyanın fikrincə, həm Ermənistanla, həm də Rusiyayla yaxşı münasibətləri olan üçüncü bir ölkə, Rusiyadan dəmir yolunun konsessiya idarəetmə hüququnu almalıdır.
Xəbər agentliyinin məlumatına görə, Baş nazir bu haqda jurnalistlərlə söhbət zamanı qeyd etmişdir.
“TRACECA çərçivəsində indi elə qüvvələr var ki, deyirlər: gələk elə edək ki, Meğridən sonra dəmir yolu Naxicevana daxil olanda Ermənistanı dolansın. Onlar deyirlər ki, baxın, Ermənistanın dəmir yolu Rusiyanın nəzarətindədir.
Təəssüf ki, Rusiya ilə bir çox ölkələr arasında münasibətlər gərgindir. Amma biz deyirik ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və Rusiya region layihələrimizə mane olmaq istəmir.
Bu barədə RF Prezidenti ilə də danışmışam və bilirəm ki, o, bütün bu layihələri dəstəkləyir. Problem ondadır ki, bir sıra ölkələrdə Naxicevandan sonra dəmir yolunun Ermənistandan keçməsinə ehtiyac olmadığı fikri daha çox güclənir, çünki dəmir yolu RF- nın nəzarətindədir”.
Nikol Paşinyan vurğulayıb ki, bu vəziyyət Ermənistan üçün strateji mövqelərin və rəqabət üstünlüyünün itirilməsi deməkdir.
“Mənim təklif etdiyim həll yolu budur ki, həm RF, həm də Ermənistanla dostluq münasibətləri olan bir üçüncü ölkə birbaşa Rusiyadan konsessiya idarəetmə hüququnu alsın.
Məsələn, Qazaxıstan, BƏƏ, Qətər və ya həm Rusiya Federasiyası, həm də Ermənistanla eyni dərəcədə yaxşı əlaqələri olan hər hansı digər ölkə”- deyərək Nikol Paşinyan açıqlamalarında qeyd edib.







