BaşlıcaSiyasət

Sülh uğrunda görüş: insan ruhu və mənəvi dəyərlərin birliyi

“İm kaylı”(Mənim addımım) Fondunun nümayəndə heyəti, ER Baş nazirinin xanımı və Fondun icraçı direktoru Anna Hakobyanın rəhbərliyi ilə, fevralın 19-da minlərlə kilometr məsafə qət edərək, Hörmətli Buddist rahib Bhikkhu Panakara və digər əziz rahiblərlə görüşüb.

Onlar 2300 mil uzunluğunda “Sülh naminə yürüş” missiyasını yeni başa vurmuşdular . Bu barədə “İm kaylı” Fondu məlumat yayıb.

Görüş ABŞ-ın Texas ştatının Fort Uort şəhərində yerləşən Huong Dao məbədində baş tutub. Görüşdə “İm kaylı” Fondunun müşahidə şurasının üzvü Araksi Simidyan (ABŞ), direktor müavini Talin Topalakea, Fort Uortun şəhər meri, məbədin icma nümayəndələri və dünyanın müxtəlif ölkələrindən gələn Buddist rahiblər iştirak ediblər.

 Onlar xüsusi olaraq öz ölkələrinə qayıtmazdan əvvəl  Anna Hakobyan ilə görüşməyi gözləyiblər.

Simvolik olaraq, görüşdə “Sülh iti” Aloka da iştirak edib. O, bütün 112 gün ərzində rahibləri sədaqətlə müşaiyyət edib, bu çətin və sirli səyahətdə onların səssiz, ləm sadiq izləyicisi olub.

Hörmətli Panakara, keçdikləri yolu yekunlaşdıraraq qeyd edib ki, sülh fərdin daxilindən, təmiz və səmimi qəlbdən gəlməlidir.

“Biz bir neçə rahiblə bu yola çıxanda belə diqqət və dəstək gözləmirdik. İnsanlar deyirdilər ki, bu, onların ehtiyac duyduğu şeydir.

Bizim üçün inanılmazdır ki, başqa bir ölkənin birinci xanımı bizə bu qədər ilhamla qoşula bilər, fikirlərimizi bölüşə bilər, ideyamıza inana bilər və bizimlə görüşmək üçün belə uzaq məsafə qət edə bilər.

 Mən çox xoşbəxtəm ki, bizim eyni missiyamız və məqsədimiz var. Sülh yalnız millətlər və ölkələr üçün deyil, o bütün bəşəriyyət üçündür” —   deyə o,  qeyd edib.

Daha çox göstər
Back to top button