BaşlıcaSiyasət

Fitch: “ABŞ Bakı və Yerevan üçün Rusiya ilə strateji tərəfdaşlığın alternativi olur”

ABŞ tərəfindən təşviq edilən TRIPP dəhlizi investorların diqqətini cəlb edib. Bu barədə “Fitch Solutions”-ın proqnozunda qeyd olunub.

Təşkilatın məlumatlarına görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilkin icra mərhələsinə daxil olub və regionda ABŞ-nin qlobal strateji nüfuzunun artması yeni tranzit layihələrə marağı daha da artırıb.

TRIPP dəhlizi, Azərbaycanı Naxicevanla Ermənistan vasitəsilə birləşdirəcək və regionun logistik landşaftını əhəmiyyətli dərəcədə dəyişə biləcək.

Hesabatda qeyd edilib ki, layihənin böyük hissəsi ABŞ mülkiyyətində olan şirkətlər tərəfindən idarə olunacaq və ödənişli tranzit zonasının inkişafı üçün birgə müəssisə yaradılacaq.

ABŞ rəsmiləri “milyardlarla dollar” dəyərində investisiyaların əlavə layihələrə cəlb edilə biləcəyini bildiriblər.

Daha çox göstər
Back to top button