
Ermənistan hökuməti təqaüdləri, həmçinin yaşa və əlilliyə görə müavinətləri 10 min drama qədər artırmaq üçün illik əlavə təxminən 75 milyard dram vəsait ayıracaq. “Armenpress”in məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində yazıb.
Təqaüdlərin və yaşa və əlilliyə görə müavinətlərin 10 min drama qədər artırılması üçün illik əlavə təxminən 75 milyard dram vəsait ayrılacaq (bu artım 660 mindən çox insana şamil olunacaq).
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, aprelin 1-dən etibarən ölkədə təqaüdlər və müavinətlər 10 min drama qədər artırılacaq. Mövzu ilə bağlı əlavə açıqlamaları Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan da təqdim etmişdi.







