
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BƏƏ Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb. Bu barədə ER XİN-in məlumat yayıb.
“Həmsöhbətlər Yaxın Şərqdəki vəziyyətdən narahat olduqlarını bildiriblər. Ermənistan xarici işlər naziri son hadisələr nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və vəziyyətin həllinə ümid etdiyini bildirib.
ER XİN rəhbəri BƏƏ-də zorla tərk edilmiş Ermənistan vətəndaşları ilə bağlı məsələlərin həllində göstərilən köməyə görə minnətdarlığını bildirib və buna cavab olaraq BƏƏ xarici işlər naziri bu istiqamətdə göstərilən davamlı səyləri və əməkdaşlığa hazırlığı vurğulayıb.
Onlar regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, – bəyanatda bildirilir.







