
Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) sorğular və tədqiqatlar mərkəzinin təşəbbüsü ilə Ermənistanda ictimai rəy araşdırması aparılıb.
Əgər gələn həftə parlament seçkiləri keçirilsəydi, sorğuda iştirak edənlərin 29 faizi “Mülki müqavilə” partiyasına səs verərdi.
Məlumatlar 2026-cı il fevralın 3-dən 13-dək telefon sorğusu üsulu ilə toplanıb.
Vətəndaşlara həmçinin ən çox güvəndikləri siyasi xadimin kim olduğu və ikinci ən etibarlı hesab etdikləri şəxsin kim olduğu barədə sual verilib.
Sorğunun nəticələrinə görə yenə birinci yerdə Nikol Paşinyan qərarlaşıb — 20 faiz səslə. Onların 18 faizi bildirib ki, ən çox Nikol Paşinyana güvənir, 2 faiz üçün isə o, ikinci ən etibarlı şəxsdir.
Samvel Karapetyan 10 faizlə ikinci yerdədir. Respondentlərin 6 faizi ən çox ona güvəndiyini, 4 faizi isə onu ikinci ən etibarlı hesab etdiyini bildirib.
Sorğunun nəticələrinə görə üçüncü yerdə Robert Koçaryan qərarlaşıb — 5 faiz səslə. Respondentlərin 3 faizi ən çox ona güvənir, 2 faizi isə onu ikinci ən etibarlı hesab edir.
Dördüncü yerdə Qaqik Tsarukyan 4 faizlə qərarlaşıb. Respondentlərin 3 faizi ən çox ona güvəndiyini, 2 faizi isə onu ikinci ən etibarlı saydığını bildirib.
Beşinci yerdə 4 faiz səslə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qərarlaşıb. Sorğuda iştirak edənlərin 2 faizi onu ən etibarlı, 3 faizi isə ikinci ən etibarlı şəxs hesab edib.
Daha sonra Aram Zaveni Sarkisyan, daha sonra isə Alen Simonyan, Arman Tatoyan, Gurgen Simonyan və digərləri gəlir.







