
ER Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan bu gün Parisdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.
“Ötən ilin iyun ayında İstanbulda keçirilən görüşdən sonra Ermənistan və Türkiyə arasında enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik.
İki ölkənin enerji sektorunda birbaşa əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayaraq, gələcək addımları və texniki detalları müzakirə etdik” – deyə Xudatyan bildirib.










