Ermənistan Parisdə keçiriləcək “𝐒𝐢𝐚𝐥 𝟐𝟎𝟐𝟔” beynəlxalq qida və içki sərgisində milli pavilyonla iştirak edəcək

Ermənistan Respublikası 2026-cı il oktyabrın 17-21-də Fransa Respublikasının Paris şəhərindəki Paris Nord Villepinte Exhibition Centre sərgi kompleksində keçiriləcək “Sial 2026” beynəlxalq ərzaq və içki sərgisində iştirak edəcək.
Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının İqtisadiyyat nazirliyi xəbər verib. Nazirlik qeyd edir ki, bu il Ermənistan Respublikası sərgidə artıq ikinci dəfə milli pavilyonla təmsil olunacaq.
Nazirlikdən bildirilib ki, “SIAL Paris” ərzaq sənayesi sahəsində dünyanın ən böyük və nüfuzlu peşəkar platformalarından biridir.
Sərgi hər iki ildən bir keçirilir və dünyanın müxtəlif ölkələrindən təxminən 8000 iştirakçı şirkəti və yüz minlərlə sahə mütəxəssisini bir araya gətirir.
Sərgi erməni məhsullarını beynəlxalq bazarlarda təqdim etmək, yeni iş əlaqələri qurmaq və ixrac coğrafiyasını genişləndirmək, sahə üzrə qlobal tendensiyalar və innovativ həllər ilə tanış olmaq, həmçinin B2B görüşlərdə və peşəkar müzakirələrdə iştirak etmək imkanı yaradır.
Sərgi çərçivəsində həmçinin sahə konfransları, bazar təhlilləri, eləcə də innovativ məhsulların təqdimatları təşkil olunur.
Sərginin təfərrüatları və qeydiyyat şərtləri ilə rəsmi internet saytında tanış olmaq olar.
İştirak şərtləri ilə bu keçiddən istifadə edərək tanış olmaq mümkündür.
Nazirlikdən qeyd ediblər ki, iştirak şərtlərində göstərilən öhdəliklərdən başqa, yol və yaşayış xərcləri iştirakçıların özləri tərəfindən ödənilir.







