
Yeni reytinqdə Ermənistan xüsusilə Gürcüstanı (91-ci yer), Türkiyəni (94-cü yer), İranı (97-ci yer) və Azərbaycanı (102-ci yer) geridə qoyub.
Postsovet ölkələri arasında isə Litvadan (28-ci yer), Qazaxıstandan (33-cü yer), Estoniyadan (46-cı yer), Latviyadan (48-ci yer), Özbəkistandan (53-cü yer), Qırğızıstandan (66-cı yer), Moldovadan (77-ci yer) və Rusiyadan (79-cu yer) geri qalır.
Reytinq cədvəlinə Finlandiya başçılıq edir. İlk beşliyi İrlandiya, Danimarka, Kosta-Rika və İsveç tamamlayır.
Botsvana, Zimbabve, Malavi və Syerra-Leone ən bədbəxt ölkələr adlandırılıb. Əfqanıstan isə sonuncu yeri tutur.
Hesabat Oksford Universitetinin Rifah Araşdırmaları Mərkəzi tərəfindən Gallup və BMT ilə birgə hazırlanıb. Tədqiqat 147 ölkədə təxminən 100 000 nəfər arasında aparılan sorğulara əsaslanır.
World Happiness Report hazırlanarkən ölkələrdə həyat səviyyəsinin qiymətləndirilməsinə təsir edən yeddi əsas amil nəzərə alınır:
adambaşına düşən ÜDM,
sosial dəstək,
ömür uzunluğu və sağlamlıq,
həyatla bağlı seçim və qərar vermə azadlığı,
cəmiyyətdə qarşılıqlı yardım səviyyəsi (o cümlədən xeyriyyəçilik),
korrupsiya səviyyəsi,
insanların gələcəklə bağlı hissləri və ümumi psixoloji vəziyyəti.
Xatırladaq ki, 2012-ci ildə BMT 20 mart tarixini Beynəlxalq Xoşbəxtlik Günü elan edib.







