BaşlıcaMədəniyyət

Fransanın Ermənistandakı keçmiş səfiri Ani şəhərinin irsi haqqında paylaşım edib

Fransanın Ermənistandakı keçmiş səfiri, hazırda Fransanın Macarıstandakı səfiri olan Jonatan Lakot Ani şəhərinin irsi ilə bağlı paylaşım edib.

“Budapeştdəki Petöfi Ədəbiyyat Muzeyinə ziyarət və gözlənilmədən Ani şəhərinə və onun erməni irsinə həsr olunmuş sərgi. Bu sərgi ‘min bir kilsə şəhəri’ Aninin mümkün görünüşü ilə dağıntıların miqyası arasındakı təzadı təqdim edir; bəzi qalıqların baş verənlərə şahidlik etmək üçün hələ də xilas edilə biləcəyinə dair ümid verir”.

Fransız diplomat mətni bu cümlə ilə bitirib: “Ermənistan, mən səni unutmamışam”. Səfir sonuncu cümləni erməni dilində yazıb.

Daha çox göstər
Back to top button