BaşlıcaSiyasət

Boş sözlərdir:Ləyaqətli sülh nə deməkdir.DQ müstəqilliyini necə bərpa edəcək və erməniləri ora  qaytaracaqsınız?”

Ermənistan müxalifətinin təklif etdiyi “zəmanət institutu” ideyası praktiki baxımdan qeyri-realistdir və real siyasi hesablamadan daha çox seçkiqabağı xoş arzularla qidalanır.

 Factor TV-yə müsahibəsində bu barədə politoloq, “Erməni Şurası”nın eksperti Samvel Meliksetyan Ermənistanın qarşısında duran çağırışları və daxili siyasi diskursun xüsusiyyətlərini təhlil edərək bildirib.

Ermənistan və Azərbaycan arasında sülh prosesində zəmanət ölkələrinin (Rusiya, Çin, İran və ya Qərb ölkələri kimi) cəlb edilməsi təklifinə toxunan Meliksetyan belə bir mexanizmin həyata keçirilməsinin demək olar ki, mümkün olmadığını qeyd edib.

“Birincisi, zəmanət institutu özü müvafiq şərtləri, yəni zəmanətçi kimi nəzərdə tutulan ölkələrin razılığını və münaqişədə iştirak edən ölkələrin razılığını nəzərdə tutur.

 Halbuki orada sadəcə bir ölkənin – Azərbaycanın mənfi cavabı bu sxemin işləməməsi üçün kifayətdir” – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu ideya nəzəri cəhətdən mümkündür, amma praktikada – yox.

“Əgər bir şey nəzəri cəhətdən mümkündürsə, yaxşıdır, amma praktikada mümkün deyilsə, bu o deməkdir ki, o yoxdur, bu təklif sadəcə işləmir. Düşünürəm ki, bu qeyri-realistdir”.

Tarixi presedentlər olaraq Meliksetyan 1994-cü ildə Ukraynaya nüvə silahından imtina etməsi müqabilində verilmiş beynəlxalq zəmanətləri, 2020-ci il üçtərəfli bəyannaməni ki, özü də zəmanət mexanizminin bir növü idi, hətta 19-cu əsrin sonlarında “Erməni məsələsində” altı böyük dövlətin zəmanətini də xatırladıb ki, bu da uğursuzluğa düçar olmuşdu.

“Bu institut beynəlxalq münasibətlərin inkişafından asılıdır. İndi görürsünüz beynəlxalq münasibətlərdə nələr baş verir.

Bütün nöqteyi-nəzərdən – həm praktik, həm Azərbaycanın razılığı, həm də beynəlxalq münasibətlərin vəziyyəti baxımından – 99% ehtimalla bu işləməyəcək” – deyə o, əlavə edib.

Rusiyanın rolundan və Ermənistanda mövcud olan ruspərəst-anti-rus mübahisələrindən danışarkən ekspert qeyd edib ki, Rusiyanın hərəkətləri Ermənistan hakimiyyətinin siyasi istiqaməti ilə deyil, Rusiyanın öz maraqları ilə şərtlənir.

“Rusiyanın əsas məsələsi regionda qalmaqdır, erməni-azərbaycanlı münaqişəsinin zəmanətçisi olmaq yox.

O, Ermənistanın əvəzinə öz regional maraqlarına zərər verə biləcək və onu Azərbaycan və Türkiyə ilə daha böyük münaqişəyə cəlb edə biləcək risklərə getməyə hazır deyil” – deyə Meliksetyan izah edib.

O, Ermənistanın siyasi qüvvələrinin üçüncü tərəfə arxalanmaq yanaşmasının Azərbaycan və Türkiyə ilə qüvvələrin qeyri-bərabər mövqeyinə görə birbaşa danışıqlar aparmaq istəməməsindən qaynaqlandığını vurğulayıb.

Politoloq Ermənistan cəmiyyətində mövcud olan parçalanmanı, xüsusilə də “qarabağlı-ermənistanlı” diskursunu narahatedici hesab edir.

 Onun səciyyələndirməsinə görə, bu, “klassik miqrantofobiyanın təzahürləri olan hadisədi”.

Meliksetyanın sözlərinə görə, bu problemlərin sosial kökləri var. “Ermənistan əhalisinin əksəriyyəti üçün sosial problemlər həmişə bir nömrəli məsələ olub və sosial problemlər də Qarabağla, konkret insanlarla – Qarabağın eyniləşdirildiyi şəxslərlə assosiasiya olunmağa başlayıb”.

O, həmçinin Ermənistan və Azərbaycanın inkişaf templərindəki fərqə toxunaraq qeyd edib ki, son 30 ildə Ermənistan, Azərbaycandan fərqli olaraq, böyük infrastruktur layihələrini həyata keçirə bilməyib və regional rəqabətdə geri qalıb.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button