BaşlıcaSiyasət

Rusiya Ermənistanla münasibətlərin qorunması, inkişafı və dərinləşdirilməsində səmimi maraqlıdır

Rusiya Ermənistanla münasibətlərin qorunması, inkişafı və dərinləşdirilməsində səmimi maraqlıdır.

Biz Ermənistanı qardaş ölkə, erməni xalqını isə qardaş xalq kimi görürük.

 Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 24news portalına verdiyi müsahibədə bildirib.

“Sözügedən səbəbdən biz mövcud problemlər haqqında səmimi, lakin konstruktiv şəkildə danışmağı zəruri hesab edirik”, – deyə səfir qeyd edib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə etimada əsaslanan dialoq baş tutub.

“Əgər bu səviyyədə deyil, bəs hansı səviyyədə həssas və problemli məsələlər müzakirə olunmalıdır?” – deyə Kopırkin əlavə edib.

Səfir bildirib ki, bu il Rusiyada Ermənistan mədəniyyəti günlərinin və Ermənistanda Rusiyanın mənəvi mədəniyyəti günlərinin keçirilməsi məsələsi müzakirə olunur.

Daha çox göstər
Back to top button