BaşlıcaSiyasət

KTMT Bakı-Yerevan razılaşmasından sonra sabit sülh gözləyir: Məsadikov

KTMT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qafqaz bölgəsindəki vəziyyəti izləməyə davam edir və Bakı-Yerevan razılaşmasından sonra davamlı sülh gözləyir. Bu barədə KTMT-nin baş katibi Tələtbek Məsadikov Moskvada təşkilatın Parlament Assambleyası Şurasının iclasında bildirib.

“İki ölkə arasında hökumətlərarası hərtərəfli sülh müqaviləsinin imzalanmasına yönəlmiş təşviqedici tendensiyaları qeyd edirik. Biz inanırıq ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq üçün etibarlı yoldur”, – deyə Rusiya mediası onun sözlərini sitat gətirib.

Daha çox göstər
Back to top button