
Ermənistan və Azərbaycan ÜDM-ə nisbətdə ən yüksək hərbi xərclərə malik ilk 10 ölkə sırasındadır. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında qeyd olunur.
Hesabata görə, bu göstərici Ermənistanda 6,1%, Azərbaycanda 6,5%, Rusiyada 7,5%, İsraildə 7,8%, Ukraynada isə 40% təşkil edib.
2025-ci ildə hərbi xərclərin ən böyük artımı Yaxın Şərq ölkələrində qeydə alınıb (ÜDM-in 3,8%-i). Onları Avropa (3,2%), Afrika (1,8%), Asiya və Okeaniya (1,6%) və Amerika qitəsi (1,2%) izləyir.
Bir il ərzində büdcəyə hərbi yükün ən kəskin artımı Ukraynada müşahidə olunub (+5,6 faiz bəndi), onu Azərbaycan (+1,4), daha sonra Norveç və Danimarka (hər ikisi +1,0) izləyir.







