
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) rəhbərlərinin iclasında iştirak etməyəcəyini bəyan edib.
Verilən məlumata görə, Paşinyan bu barədə jurnalistlərlə brifinq zamanı bildirib.
Baş nazirin sözlərinə görə, o, hələ aprelin 1-də Vladimir Putinlə görüşü zamanı seçki kampaniyası səbəbindən həm Moskvada 9 may tədbirlərində, həm də 28 may Aİİ iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verib.
“Mən öncədən, həmçinin nəzakət naminə, hörmət ifadə etmək məntiqi ilə bildirmişəm ki, Moskvada 9 may paradında iştirak edə bilməyəcəyəm və həmçinin məlumat vermişəm ki, 28 mayda da Aİİ iclasında iştirak edə bilməyəcəyəm” – deyə Paşinyan qeyd edib.
Baş nazir bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi də məlumatlandırdığını bildirib. Paşinyan qeyd edib ki, iclasda Ermənistan nümayəndə heyətini Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
3. Baş nazir: “Son üç ildə hərbi-sənaye kompleksinə 170 milyard dramlıq sifariş verilib”
Son üç ildə Ermənistanın hərbi-sənaye kompleksinə 170 milyard dramlıq sifariş yerləşdirilib, nəticədə onlarla müəssisə və zavod yaradılıb.
Alınan məlumatına görə, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərlə brifinqində bildirib. O, Respublika Günü münasibətilə keçiriləcək hərbi paradın məşqlərindən paylaşdığı videoya toxunub ki, həmin videodan parad zamanı Ermənistan istehsalı olan kəşfiyyat-zərbə PUA-sının da nümayiş etdiriləcəyi aydın olur.
Paşinyanın sözlərinə görə, hərbi sənayenin inkişafı inkişaf etməkdə olan dövlətin təbii prosesi kimi nəzərdən keçirilməlidir.
“Hesab edirəm ki, qiymətləndirmələrdə mümkün qədər patosdan uzaq durmalıyıq, çünki başa düşməliyik ki, bu, inkişaf edən dövlət üçün normal bir hadisədir” – deyə Baş nazir bəyan edib.
Onun sözlərinə görə, hərbi-sənaye sahəsində icra olunan sifarişlər nəticəsində yeni istehsal sahələri yaranıb.
“Son üç ildə Ermənistanda hərbi-sənaye kompleksinə 170 milyard dramlıq sifariş yerləşdirmişik, onlarla müəssisə və zavod yaradılıb ki, onlar da məhsul buraxırlar” – deyə Paşinyan qeyd edib.
Baş nazir vətəndaşları 28 mayda Respublika Meydanında nəzərdə tutulan tədbirdə iştirak etməyə çağırıb.
“Ermənistan Respublikasının bütün vətəndaşları Respublika Meydanında olmalıdırlar ki, Ermənistan Respublikasının yeni keyfiyyətli, yeni səviyyəli və yeni məntiqli ordusunun olduğunu qeyd etsinlər” – deyə o bildirib.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 28 mayda keçiriləcək paradın məşqlərindən videolar paylaşmışdı. Videoların birində Ermənistan istehsalı olan kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı, digərində isə, ehtimal ki, Fransanın CAESAR artilleriya sistemləri nümayiş etdirilib.
Mayın 28-də Respublika Meydanında nəzərdə tutulan hərbi parad zamanı Ermənistanın son illərdə əldə etdiyi silahlar nümayiş etdiriləcək.







