
ABŞ Ermənistan və Türkiyə arasında ikitərəfli ticarət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı bəyanatı alqışlayır. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi açıqlama yayıb.
Bəyanatda deyilir: “Bu addım iki ölkənin iqtisadi əlaqələri genişləndirmək və Cənubi Qafqaz regionunda davamlı sülh və rifahı təşviq etmək öhdəliyini nümayiş etdirir. Ermənistan və Türkiyənin region xalqlarının rifahı naminə əməkdaşlığı gücləndirmək üçün davamlı səyləri təqdirəlayiqdir”.
Ermənistan və Türkiyə arasında birbaşa, gömrüksüz ticarət 11 may 2026-cı ildən rəsmi olaraq mümkün olub. Türkiyədə qüvvəyə minən yeni qaydaya əsasən, ixrac bəyannamələrində son təyinat yeri və ya mənşə ölkəsi kimi rəsmi olaraq “Ermənistan” və ya “Türkiyə” qeyd edilə bilər.







