BaşlıcaSiyasət

Mirzoyan Şoyqu və Overçuka cavab verib:  “Ermənistan-Rusiya münasibətlərinə gərginlik gətirməyə meylli deyilik”

Elə dövrlər və hadisələr olub ki, biz tərəfdaşlarımızdan başqa cür hərəkətlər, heç olmasa, müqavilələrdə nəzərdə tutulmuş addımlar gözləmişik, lakin bunları görməmişik.

Hər şey nisbidir. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bəyanatına toxunaraq, “Aysor.am”la söhbətində Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.

Nazirin sözlərinə görə, Ermənistan erməni-rus münasibətlərinə gərginlik gətirməyə meylli deyil.

“Biz heç bir gərginliyi erməni-rus münasibətlərinə gətirməyə meylli deyilik, əksinə, tərəfdaşlığımızı normal şəkildə davam etdirməyə meylliyik” – deyə  Mirzoyan qeyd edib.

Ermənistanın Aİİ-də üzvlüyü məsələsinin müzakirəsinə dair Rusiyanın Baş nazirinin müavini Overçukun bəyanatına toxunan Ararat Mirzoyan deyib:

“Ermənistanın Aİİ-dan çıxması məsələsi, Ermənistan belə bir ərizə və istək təqdim etməyibsə, müzakirə edilə bilməz, biz isə belə bir istək təqdim etməmişik, buna görə də bizim çıxarılma məsələmiz müzakirə edilə bilməz”.

“Hazırda bizim gündəliyimizdə belə bir problem qoyulmayıb” – deyə Mirzoyan əlavə edib.

Daha çox göstər
Back to top button