BaşlıcaSiyasət

Nikol Paşinyan:  “Rusiya ilə münasibətlərimiz açıq və səmimidir”

Ermənistan Rusiya Federasiyası ilə münasibətləri vacib saymaqda və inkişaf etdirməkdə davam edir.

Verilən məlumata görə, bu barədə “Facebook” səhifəsində yayımladığı videoda ER Baş naziri Nikol Paşinyan Ermənistanın balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasətinə toxunaraq deyib.

“Biz Rusiya Federasiyası ilə münasibətlərimizi əhəmiyyətli dərəcədə inkişaf etdiririk və vacib sayırıq, həmçinin dəfələrlə demişəm ki, Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir” – deyə o, qeyd edib.

Baş nazirin sözlərinə görə, bu prosesi müsbət qiymətləndirir.

“Transformasiya mərhələsini müsbət hesab edirəm, ona görə ki, bəli, bu yeni vəziyyətdə Rusiya ilə biz yeni münasibətlər təsdiq edirik və əminəm ki, bu işdə müvəffəq olacağıq” – deyə Paşinyan bildirib.

O vurğulayıb ki, bunun vacib ilkin şərtlərindən biri münasibətlərin açıq və səmimi xarakteridir.

“Rusiya ilə münasibətlərimiz açıqdır, səmimidir, biz bu münasibətlərdə heç bir qaranlıq künc saxlamamışıq” – deyə Baş nazir bəyan edib.

Daha çox göstər
Back to top button