BaşlıcaEkonomika

AB-nin köməyi ilə erməni çiçəkləri Latviyaya ixrac olunacaq; Hollandiya ilə də danışıqlar aparılır

Avropa Birliyi  erməni çiçəklərinin Avropa bazarına, xüsusilə Latviya və Hollandiyaya ixracına dəstək verməyə hazırlaşır. Alınan məlumata görə, bu barədə Ermənistanda Avropa Birliyinin səfiri Vasilis Maraqos Beynəlxalq Ticarət Mərkəzinin təşkil etdiyi görüşdə erməni ixracatçılara açıqlama verib.

 “Bu gün biz sizə erməni gözəl çiçəklərinin Avropa bazarına, xüsusilə Latviyaya ixracına necə kömək edəcəyimizi təqdim edəcəyik. Bundan əlavə, Hollandiyaya ixracla bağlı danışıqlar aparılır” – deyə AB səfiri bildirib.

O, həmçinin qeyd edib ki, Avropa Birliyinin Ermənistandakı nümayəndəliyi, eləcə də AB-nə üzv dövlətlər erməni istehsalçılarına və ixracatçılarına necə kömək etməyin yollarını tapmaq üçün səylərini birləşdirir.

 Bu istiqamətdə AB dəstəyini artırır və erməni iqtisadiyyatına öz fəaliyyətini davam etdirməkdə və yeni ixrac bazarları tapmaqda kömək edirlər.

 “Bizim artıq müəyyən dəstək formatımız var ki, onu genişləndirməyə və istehsalçılar və ixracatçılar üçün yeni imkanlar yaratmaq üçün yeni vasitələr tətbiq etməyə çalışırıq” – deyə Maraqos bildirib.

 O, vurğulayıb ki, bu məsələlərlə bağlı danışıqlar AB Komissiyasının prezidenti Ursula fon der Lyayen səviyyəsində erməni tərəfdaşlara kömək etmək məqsədi ilə aparılır.

 “Bu, heç bir yeni dəstək vasitəsi deyil; bu, artıq həyata keçirdiyimiz işlərin davamıdır – dəstəyimizi Ermənistan iqtisadiyyatının diversifikasiyasına təqdim etməyə çalışırıq” – deyə Ermənistanda AB səfiri bəyan edib.

Rusiya son dövrdə erməni mallarının idxalına mütəmadi olaraq məhdudiyyətlər tətbiq edir. Xüsusilə, Rusiya Ermənistanın çiçəklərinin, “Cermuk” mineral suyunun, bəzi spirtli içkilərin, balıq məhsullarının idxalını qadağan edib.

Meyvə-tərəvəz və meyvələrin idxalına da məhdudiyyətlər tətbiq edilib.

Daha çox göstər
Back to top button