
Beynəlxalq ən böyük çiçəkçilik bazarı erməni çiçək istehsalçıları üçün qapılarını açır
Beynəlxalq ən böyük çiçəkçilik bazarı erməni çiçək istehsalçıları üçün qapılarını açır və bununla da erməni çiçək istehsalçılarını Avropa və Avropadan kənarda yerləşən alıcılarla əlaqələndirir.
Alınan məlumata görə, bu barədə Niderlandın Xarici işlər naziri Tom Berendsen öz X mikrobloqunda yazıb.
Niderlandın XİN rəhbəri yazıb ki, onun ölkəsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin əvvəllər elan etdiyi Avropa Birliyinin Ermənistan üçün nəzərdə tutduğu dəstək paketini dəstəkləyir.
“Biz praktikada zərər çəkmiş sahələrə, məsələn, erməni çiçək istehsalına necə dəstək verə biləcəyimizi araşdırdıq. Nəticədə, Royal Flora Holland (Royal Flora Holland beynəlxalq ən böyük çiçəkçilik bazarıdır) artıq öz bazarını erməni çiçək istehsalçıları üçün açır, onları Avropa və ondan kənarda yerləşən alıcılarla əlaqələndirir” – deyə Niderlandın Xarici işlər naziri yazıb.
O, həmçinin Ermənistanda keçirilən parlament seçkilərinə toxunaraq vurğulayıb ki, Niderland azad və ədalətli seçkilərin vacibliyini – davamlı, demokratik gələcəyin təməli, Ermənistanın özünün müəyyən etdiyi gələcək kimi qeyd edir.
Xatırladaq ki, Rusiya erməni çiçəklərinin idxalını qadağan edib. Çiçəklərlə yanaşı, Rusiya Ermənistanda parlament seçkiləri ərəfəsində erməni istehsalı olan digər məhsullara da məhdudiyyətlər tətbiq etmişdi.
Xüsusilə, “Cermuk” mineral suyunun, balıq məhsullarının, bəzi spirtli içkilərin idxalı qadağan edilib, erməni meyvə-tərəvəzi, meyvələrin idxalına məhdudiyyətlər tətbiq olunub.
Bu kontekstdə Avropa Biliyi Ermənistana dəstək paketini elan etmişdi ki, bu da 50 milyon avrodan çox təcili dəstəyi, həmçinin erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması məqsədilə əlavə tədbirləri əhatə edir.







