Bölmə komandiri Arik Qokoryan qeyd edib ki, sistemin mühüm xüsusiyyətlərindən biri şəxsi heyətin təhlükəsiz məsafədən fəaliyyət göstərmək imkanıdır.
“Birinci ən vacib məsələ odur ki, döyüş əməliyyatları zamanı şəxsi heyət texnika ilə 500 metrdən bir kilometrə qədər məsafədə təmasda olur. Yəni texnika müvafiq nöqtədə dayandıqda, yanında şəxsi heyət olmur” — deyə Qokoryan bildirib.
Qriqor Ayvazyan da avtomatlaşdırılmış sistemin texnikadan uzaqdan istifadə etmək imkanı verdiyini və bununla da şəxsi heyət üçün riskləri azaltdığını vurğulayıb.
“Ən maksimal olanı texnikadan uzaqdan istifadə etməyə imkan verən avtomatlaşdırılmış sistemdir. Texnikanın aşkar edilməsi və məhv edilməsi zamanı biz ən vacib olanı — insan itkisini önləmiş oluruq” — deyə Ayvazyan qeyd edib.
Reportajda qeyd olunur ki, bu cür hər bir təlim hərbi qulluqçuların hazırlığını möhkəmləndirir, ruhlandırır və daha böyük enerji və ləyaqətlə təkmilləşməyə sövq edir.
Müddətli həqiqi hərbi xidmət qulluqçusu Samvel Hakobyan bildirib ki, ilk atəş hər bir artilleriyaçı üçün xüsusi əhəmiyyət kəsb edir.
“İstənilən artilleriyaçı üçün ilk atəş yaddaşın ən güclü və ən parlaq təsir buraxan hissəsidir. Mən bundan çox həvəslənmişəm”— deyə Hakobyan deyib.
Tədris məşğələsi nəticəsində hərbi qulluqçuların nəzərdə tutulan fəaliyyətlərin hazırlanması və aparılması ilə bağlı bacarıq və vərdişləri möhkəmləndirilib.
Prosesə cəlb olunmuş bölmələrin idarəetmə sisteminin səmərəliliyi də yoxlanılıb.
Reportaja görə, bu baxış bölmənin çöl hazırlığını yüksəltməyə, həmçinin hərbi qulluqçuların harmoniya daxilində qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verib.
Qriqor Ayvazyanın sözlərinə görə, hərbi hissə ardıcıl olaraq iki il Silahlı Qüvvələrin ən yaxşı artilleriya hərbi hissəsi tanınıb.
“Ötən tədris mərhələsi və bu tədris mərhələsinin nəticələri əminliklə deməyə əsas verir ki, qarşıdakı imtahanlarda yüksək göstəricilər nümayiş etdirəcəyik”, — deyə Ayvazyan qeyd edib.
Müddətli həqiqi hərbi xidmət qulluqçusu Samvel Hakobyan da öz hərbi hissələrinin ən yaxşı artilleriya hərbi hissəsi olaraq qaldığını sübut etməyə hazır olduqlarını vurğulayıb.







