BaşlıcaSiyasət

Davit Xudatyan və Marta Kos  transport və   enerji sahələrində  həyata keçirilən proqramlara toxunmuşlar

Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur naziri David Xudatyan Brüsseldə AB-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Nazir Xudatyan AB-nin Ermənistanın islahatlar və inkişaf gündəliyinə davamlı dəstəyini yüksək qiymətləndirib.

Nazir Ermənistan-AB tərəfdaşlığının yeni dinamikasını, o cümlədən bağlantı (connectivity) sahəsində əməkdaşlığı vacib hesab etdiyini vurğulayıb.

Marta Kos naziri Parlament seçkilərində əldə etdiyi inandırıcı qələbə münasibətilə təbrik edib və əlavə edib ki, AB-nin Ermənistana dəstəyi davamlı olacaq.

Xudatyan isə öz növbəsində Ermənistanın nəqliyyat, energetika və rəqəmsal bağlantı sahələrində əməkdaşlığı daha da dərinləşdirməyə, həmçinin bağlantı üzrə inklüziv proqramların həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüşdə nəqliyyat və energetika sahələrində həyata keçirilən proqramlara da toxunulub.

Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Daha çox göstər
Back to top button