Tanınmış artistlər, xarici dj-lər: “Vardavar Yerevanda böyük təmtəraqla qeyd olunacaq”

Yerevanda Vardavar bu il yeni formatda qeyd olunacaq. Mətbuat zalında keçirilən mətbuat konfransında Yerevan şəhər merinin müavini Levon Hovannisyan bildirib ki, bayram iyulun 12-də kifayət qədər zəngin proqramla qeyd olunacaq.
“Respublika meydanında tanınmış artistlərin, xarici dj-lərin iştirakı ilə konsert proqramı gözlənilir.
Bu bayram sevimlidir və onsuz da ölkəmizdə kifayət qədər aktivliklə qeyd olunur, lakin bu il Yerevanda onu yeni formatda qeyd edəcəyik.
Düşünürəm ki, böyük turist axını olacaq və bu, bizim vizit kartlarımızdan birinə – yeni keyfiyyətlə çevriləcək”– deyə Levon Hovannisyan bildirib.
Tədbirin başlanğıcı saat 12:00-da olacaq, konsert proqramından əlavə, su zonaları, müsabiqə proqramları olacaq. Uşaqlar üçün ayrıca su zonaları ayrılacaq ki, onlar vaxtlarını daha təhlükəsiz mühitdə keçirə bilsinlər. Səyyar yemək məntəqələri olacaq.
“Biz həmin gün heç bir yerdə heç nəyi qadağan etməyəcəyik, məhdudlaşdırmayacağıq, sadəcə Respublika meydanında daha genişmiqyaslı qeyd olunacaq.
Sizi əmin edirik ki, daha çox su, daha çox islanmış insan, gözəl vaxt keçirmək üçün maraqlı proqram olacaq” – deyə Levon Ho vannisyan bildirib.






