
Ermənistan Respublikasının Baş nazirinin sədrliyi ilə keçirilmiş Hökumətin İnvestisiya Komitəsinin iclası zamanı paytaxt üçün strateji əhəmiyyət kəsb edən üç böyük layihə təsdiqlənib.
Alınan məlumata görə, bu barədə Yerevan meri Tiqran Avinyan “Facebook” səhifəsində dərc etdiyi video vasitəsilə məlumat verib.
Mer video ilə birlikdə paylaşdığı yazıda vurğulayıb ki, İrəvan üçün 650 milyon ABŞ dolları həcmində investisiya paketi təsdiqlənib.
“Birincisi – “Acapnyak” metrostansiyasının tikintisi layihəsidir.
Praktiki mərhələyə keçirik. Beynəlxalq tərəfdaşlara müraciət edəcək, təklifləri alacaq və layihənin icrası üzrə tender prosesinə ən tez başlaya biləcəyimiz tərəfdaşı seçəcəyik.
İkincisi –Yerevan metrosunun tam modernləşdirilməsidir. Hərəkət heyətinin artırılması, relslərin, vaqonların və sistemin əsas infrastrukturlarının dəyişdirilməsi və yenilənməsi nəzərdə tutulur.
Üçüncüsü – elektrik avtobusları layihəsidir ki, bununla da yerüstü ictimai nəqliyyatda başlanmış genişmiqyaslı islahatları yekunlaşdıracağıq” – deyə Tiqran Avinyan qeyd edib və Hökumətə Yerevana göstərdiyi əhəmiyyətli dəstəyə görə təşəkkürünü bildirib.







