BaşlıcaTəhlil

Əsasən ölkə hüdudlarından kənarda yaşayan Ermənistan vətəndaşları seçki hüququndan məhrum olacaqlar

Ümumdövlət (parlament) seçkilərində və referendumlarda bundan sonra yalnız Ermənistanın seçkilərdən 48 gün əvvəl (və ya növbədənkənar seçkilərdə 28 gün əvvəl) respublikada daimi yaşamış vətəndaşları, yəni, göstərilən tarixə (seçki günündən 48 və ya 28 gün əvvəl) ölkədə yarım ildən çox (əvvəlki 365 gündən 183 günü) olmuş şəxslər  səs verə biləcəklər. 

Bu barədə iyulun 1-də Parlamentin Dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının iclasında Seçki Məcəlləsinə əlavələr və müvafiq qanunlara dəyişikliklər edilməsi haqqında qanun layihələri paketinin müzakirəsi zamanı hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Alxas Qazaryan bildirib.

Qanunvericilik paketinin müəllifləri hakim “Mülki Müqavilə”  fraksiyasının deputatları Alxas Qazaryan, Arusyak Manavazyan, Hasmik Hakobyan və Arusyak Culhakyandır.

“Seçki hüququ sadəcə formal, yalnız vətəndaşlıq faktı ilə şərtlənən ola bilməz, o, insanın dövlətlə real sosial əlaqəsinə əsaslanmalıdır. Vətəndaş dövlət üçün ən mühüm qərarların qəbulunda yalnız onun həyati maraqlarının mərkəzi həmin ölkədə yerləşdiyi təqdirdə iştirak edə bilər” – deyə deputat öz mövqeyini izah edib.

Müəyyən müzakirələrdən sonra bu qanunvericilik təşəbbüsü parlamentin daimi komissiyasının müsbət rəyini qazanıb.

Daha çox göstər
Back to top button