BaşlıcaBeynəlxalq

BMT: Ermənistan davamlı inkişaf reytinqində Azərbaycan və Gürcüstanı qabaqlayıb

BMT-nin “Davamlı İnkişaf haqqında Hesabat – 2026”ya əsasən, Ermənistan Qafqaz ölkələri arasında birinci yeri tutur və dünya reytinqində 47-ci pillədə qərarlaşıb.

Onu Azərbaycan (52-ci yer) və Gürcüstan (61-ci yer) izləyir. Bu barədə Eurasianet.org məlumat yayıb.

BMT hesabatında Ermənistan bərabərsizliyin azaldılması məqsədinə nail olmaqda qazandığı uğurlara görə qeyd edilib, lakin eyni zamanda ölkədə ətraf mühitin vəziyyətinin pisləşməsi ilə bağlı narahatlıq ifadə olunub.

Sənəddə qeyd olunub ki, ilkin olaraq 2030-cu ilədək nail olunması nəzərdə tutulan hədəflər müəyyən edilmiş müddətdə reallaşmayacaq.

“Hədəflər çox iddialıdır və əldə olunmayacaq. … Bununla belə, onlar fəaliyyətləri stimullaşdırıb və hökumətləri genişmiqyaslı və mürəkkəb problemləri həll etməyə ruhlandırıb” –  deyə  hesabatda qeyd olunub.

Hesabata görə, son onilliyin əsas dərsi ondan ibarətdir ki, sülh davamlı inkişaf üçün zəruri şərtdir.

“Sülh olmadan heç bir transformasiya mümkün deyil” – deyə hesabatda vurğulanıb.

“Müharibə infrastrukturanı dağıdır, əhalini evlərini tərk etməyə məcbur edir, resursları yayındırır, transformasiyaların həyata keçirildiyi institutları zəiflədir və sarsıdır.

O, əməkdaşlığın qurulmalı olduğu siyasi münasibətləri zəhərləyir. Müharibə davamlı inkişaf məqsədlərinin əsaslandığı mənəvi təməli dağıdır” – deyə hesabatda qeyd olunub.

Daha çox göstər
Back to top button