BaşlıcaSiyasət

Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin

Yekaterinburqda Ermənistanın Baş naziri ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında görüş keçirilib.

Mixail Mişustin Nikol Paşinyanı salamlayaraq qeyd edib: “Rusiyaya səfəriniz 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərinizdir. Ümid edirik ki, seçkilərin nəticələrindən sonra formalaşan yeni hökumət münasibətlərimizin inkişafını və Rusiya-Ermənistan münasibətlərinin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaq ruhunda irəliləməsini təmin edəcək”.

Mişustinin sözlərinə görə, qlobal iqtisadiyyatın qeyri-sabitliyinə baxmayaraq, Rusiya Ermənistanın aparıcı xarici ticarət tərəfdaşı və investoru olaraq qalır.

“Rusiya şirkətləri Ermənistanın mədən sənayesində, maşınqayırmada, nəqliyyat infrastrukturunda, nüvə enerjisi də daxil olmaqla enerji və rəqəmsal iqtisadiyyatda fəaldırlar. Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa və onların hüquqlarına və qanuni maraqlarına hörməti təmin etməyə davam etməsi vacibdir”, – deyə Rusiya hökumətinin sədri qeyd edib.

O, əməkdaşlığın bütün məsələlərinin hökumətlərarası komissiyanın daim diqqətində olduğunu vurğulayıb.

“Bu gün Rusiyada ən böyük sərgidə iştirak etdik və burada sənaye, maşınqayırma və elmi-texniki inkişaf sahələrində ən müasir həllər ilə tanış olduq. Əminəm ki, Ermənistan və Rusiyanın biznes icmalarının nümayəndələri burada birgə layihələr, birgə istehsal və əməkdaşlıq üçün imkanlar tapacaqlar. Bu, xüsusilə Ermənistan və Rusiyanın kiçik və orta müəssisələrinin iştirakını nəzərə alsaq vacibdir. Biz erməni tərəfdaşlarımızla mədəni və humanitar əməkdaşlığa böyük əhəmiyyət veririk və mədəniyyət günləri, sərgilər, festivallar, təhsil proqramları, gənclər tədbirləri, sərgilər və forumlar keçirmək ənənəsini davam etdirməyi təklif edirik. Birbaşa regionlararası əlaqələrimizi gücləndirmək üçün də əla imkanlar var. Sizinlə ikitərəfli məsələlərin bütün spektrini müzakirə etməyə hazıram”, – deyə Mişustin yekunlaşdırdıb.

Daha çox göstər
Back to top button