BaşlıcaBeynəlxalq

ABŞ-ın Denver şəhərində Surb Hripsime və  Ümumerməni  kilsəsi təqdis olunub

Şimali Amerika Erməni Kilsəsinin Qərbi Yeparxiyasının rəhbəri Baş episkopos Hovnan Tartaryan tərəfindən Denverdəki Surb Hripsime və Ümumerməni kilsəsi təqdis (dualanıb) olunub.

Bu barədə Erməni-Amerikan İnformasiya mərkəzi məlumat yayıb.

Yeni təqdis olunan kilsə Kolorado əyalətinin erməni icması üçün iyirmi ildən artıq davam edən gözləmənin, zəhmətin, fədakarlığın və həmrəyliyin bəhrəsidir.

Denver erməni Opostol icması 2003-cü ildə, əyalətdə yaşayan ermənilərə mənəvi xidmət göstərmək məqsədilə həvari icması (paroxiya) kimi formalaşıb.

Həmin il dekabrın 10-da Denverdə ilk müqəddəs ayin keşiş Tatev Harutyunyan tərəfindən Surb Ketrin Yunan Pravoslav Kilsəsində icra olunub.

Təqdis mərasimi zamanı Baş episkopos Hovnan Tartaryan kilsənin adını –Surb Hripsime və Ümumerməni kilsəsi elan edib.

Surb Hripsime adı yeni təqdis olunan kilsəyə həm də tarixi və mənəvi xüsusi əhəmiyyət daşıyır. Erməni Kilsəsinin ənənəsinə görə, Surb Hripsime Ermənistanın ilk xristian qurbanlarından  biri hesab olunur.

Öz çıxışında yeparxiya başçısı yepiskop vurğulayıb ki, yeni kilsə sadəcə bina deyil, həm də imanın, birliyin və icma davamlılığının canlı şahidliyidir.

Erməni Kilsəsi Spyurkda (diaspora) həm də dilin, mədəniyyətin və kimliyin qorunması üçün ən sabit mühitlərdən biridir.

Qərbi Yeparxiyanın şənbə və bazar günü məktəblərində, yeparxiya daxilində fəaliyyət göstərən gündüzlük məktəbdə, habelə gənclər düşərgələrində hər il 3000-dən çox gənc erməni dili, erməni tarixi, kilsə ənənələri və mədəni həyatla əlaqəsini davam etdirir.

 Bu işə 220-dən çox müəllim və tərbiyəçi cəlb olunub ki, onlar da nəsillər arasında canlı körpü yaradırlar.

Denverdəki yeni təqdis olunmuş Müqəddəs Hripsime və Bütün Erməni Srpots kilsəsi bu mənada təkcə Qərbi Yeparxiyanın mənəvi ailəsinə deyil, həm də kilsə, məktəb, dil və mədəniyyətin vahid bir bütöv kimi fəaliyyət göstərdiyi geniş ermənipərvərlik sisteminə qoşulur – bu sistem diaspor həyatının əsas sualına, yəni vətəndən uzaqda necə erməni qalmaq sualına vahid cavab kimi xidmət edir.

Daha çox göstər
Back to top button