
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TRT-yə verdiyi müsahibədə Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə toxunub. O, Rusiya-Ukrayna müharibəsində vasitəçilik səylərindən, Ermənistanla münasibətlərdən danışıb və həmçinin iddia edib ki, “Türkiyə dünya diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilib”, – deyə Factor.am “Anadolu”-ya istinadən yazıb.
“Ermənistan və Azərbaycan arasında Qafqazda razılaşmanın əsası müəyyən bir nöqtəyə çatıb. Ankaranın iştirakı ilə Türkiyə, Azərbaycan və Ermənistan bir mərkəz, bir qüvvə təşkil edəcək. Türkiyənin konstruktiv vizyonu bütün bunlara böyük töhfə verir”, – deyə Kurtulmuş bildirib.






