
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanı üzərində həyata keçirdikləri uçuşlara görə “Armenian Aeronavigation” (Erməni Aero Naviqasiyası) şirkətinə 434 min 316 avro ödəyib.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin jurnalistin yazılı sorğusuna cavab olaraq göndərdiyi məktubda deyilir.
Ödənişlər “Eurocontrol” (Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı) təşkilatının baş ofisi vasitəsilə müəyyən edilmiş prosedura uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, “Armenian Aeronavigation” QSC Ermənistanın hava məkanında uçuşların aeronaviqasiya xidmətini həyata keçirir.







