
16 iyulda Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistandakı Avropa İttifaqı Tərəfdaşlıq Missiyasının yeni təyin olunmuş rəhbəri səfir Kosmin Corc Dineskunu qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat verib.
Təhlükəsizlik Şurasının katibi Ermənistanda yeni Aİ mülki missiyasının yerləşdirilməsini alqışlayıb və Ermənistan tərəfinin missiyanın mandatından irəli gələn fəaliyyətlərin effektiv şəkildə həyata keçirilməsini dəstəkləmək öhdəliyini vurğulayıb. Armen Qriqoryan həmçinin missiyanın dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınlarına qarşı mübarizədəki rolunu və dəstəyinin vacibliyini vurğulayıb..
Görüş zamanı həmsöhbətlər əməkdaşlığın gələcək istiqamətlərini və əməkdaşlığın inkişafı imkanlarını da müzakirə ediblər.







