
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Ruslan Əmirov Bakıda saxlanılıb. Bu barədə Turan.az xəbər verir.
Əmirov ictimai tədbirlər zamanı AXCP lideri Əli Kərimlinin cangüdəni kimi tanınır.
Məlumata görə, R.Əmirovu tibb mərkəzlərinin birinin yanında saxlayıblar: “Uşağı həkimə aparıb. Elə uşağının yanında saxlayıblar. Uşağı qohumu yanına, Ruslanın özünü isə oradan polis bölməsinə aparıblar”.
Bundan əvvəl İnfoteka 24 portalı ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan həbsxanalarında qeyri-insani şəraitin, məhkumların, xüsusən siyasi məhbusların işgəncə və təhqir olunmasının qeyd olunduğunu bildirmişdi. Beləliklə pandemiyada məhbusların vəziyyəti daha təhlükəli olmağa başlayır.







