
Rusiyanın “Rosatom” Atom Enerjisi Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçov noyabrın əvvəlində Ermənistana səfər edəcəkdir.
Bu haqda Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin mətbuat katibi Sona Harutyunyan jurnalistə müsahibəsində bildirib.
Harutyunyanın sözlərinə görə, “Rosatom”rəhbərinin səfərinin gündəliyinə Ermənistanın mövcud atom elektrik stansiyasının ikiqat uzadılması və yeni AES -in tikintisi ilə bağlı məsələlər daxildir.







