ER regiona qiymətləndirmə missiyasının göndərilməsi məsələsini YUNESKO ilə müzakirə etməyi planlaşdırır

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun bəyanatı erməni xalqının Dağlıq Qarabağda, ümumən tarixi vətənində mövcudluğunun izlərini sadəcə olaraq silməyə cəhd edildiyinə sübutdur.
Bu haqda Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət üzvlərinin sual-cavabı ərzində Azərbaycanın Mədəniyyət nazirinin işçi qrupun yaradılması ilə bağlı bəyanatına və Azərbaycanın nəzarəti altında olan erməni dini, tarixi və mədəniyyət abidələrinin kimliyini dəyişdirmək məqsədiylə işçi qrupunu yaratmaq barədə məsələyə istinadən bildirib.
“Xarici işlər nazirliyi Azərbaycanın mədəniyyət nazirinin mövqeyi və niyyəti ilə bağlı açıqlama verib. Və həmin bəyanatda biz bu yanaşmanı qətiyyətlə pisləmişik.
Fikrimizcə, bu, erməni xalqının Dağlıq Qarabağda, ümumən tarixi vətənində mövcudluğunun izlərini sadəcə silmək cəhdin edildiyinin yanar sübutudur.
Bunun illərdir davam edən etnik təmizləmə və antierməni təmizləmə siyasətinin tərkib hissəsi ola biləcəyi ilə bağlı iddialar doğrudur.
Deyə bilərəm ki, bu, həm də BMT-nin Beynəlxalq Ədalət məhkəməsinin 2021-ci il dekabrın 7-də olan tarixli təxirəsalınmaz tədbirlər haqqında qərarında Azərbaycanı erməni mədəniyyət irsinə, dini irsinə qarşı vandalizm və təhqirin qarşısının alınması, cəzalandırılması, vandalizminin qarşısını almağa borcludur. Azərbaycan məhkəmənin hökmü ilə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir“ – deyərək Mirzoyan bildirib.
XİN rəhbəri qeyd edib ki, burada YUNESKO-nun müdaxiləsi vacibdir. Ermənistan YUNESKO-nun regiona missiya göndərmək niyyətini alqışlayıb və bu barədə fevralın 4-də Ermənistan və Azərbaycan arasında fikir mübadiləsi aparılıb.
“Dəqiq tarixlər yoxdur, lakin tərəflər regiona belə bir səfərin mümkünlüyünü bir daha təsdiqləyiblər. İndi də bu açıqlamadan sonra biz bird aha YUNESKO-ya müraciət edirik
Bu məsələni müzakirə etmək üçün qeyri-onlayn görüşlər də planlaşdırırıq. Biizm təssəvvürümüzcə həmin səfər 1954-cü ildə silahlı münaqişə zamanı Mədəniyyət İrsin mühafizəsi haqqında Konvensiya ilə müəyyən edilmiş prinsiplərə uyğun baş tutmalıdır” – deyərək Mirzoyan yekunlaşdırıb.







