
Yerevanda Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin 2-ci iclası keçirilib. ERParlamentinin sədr müavini, ER Parlamentinin sədri vəzifəsini icra edən Hakob Arşakyan çıxışında qeyd etdi ki, Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafı Ermənistanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olub və olmaqda davam edir.
“Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının roluna əhəmiyyət verərək, biz regional problemləri müzakirə etmək və onların həlli yollarını dəstəkləmək üçün müxtəlif parlament formatlarında avropalı tərəfdaşlarımızla dialoq aparmağa həmişə hazırıq.
Ermənistan Avropa İttifaqı ilə artıq mövcud olan sıx tərəfdaşlığın dərinləşdirilməsi üçün ümumi gündəliyin yaradılmasına sadiq qalır və bu, şübhəsiz ki, regional sabitliyə və inkişafa töhfə verəcək.
ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin 2021-ci il martın 1-də qüvvəyə minməsi Aİ üzv dövlətləri ilə yeni əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün yeni perspektivlər açıb. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan hakimiyyəti üçün institusional islahatların davamlılığını və demokratik islahatların dönməzliyini təmin etməyi prioritetdir”,- deyə Hakob Arşakyan bildirdi.







