BaşlıcaErməni Soyqırımı

ER və AR ombudsmanları Sumqayıt faciəsinin ildönümü ilə bağlı birgə bəyanat yayıblar

Sumqayıt qətliamının 34-cü ildönümü ilə əlaqədar Ermənistan və Artsax ombudsmanları birgə bəyanat yayıblar.

Azərbaycan hakimiyyətinin siyasi iradəsi olmalıdır ki, Sumqayıt, Gandzak (Kirovabad), Bakıda və digər yerlərdə erməni əleyhinə törədilən qırğınlara qiymət versin, təkzibçilik siyasətindən əl çəksin.

ER hüquq müdafiəçisi Kristine Qriqoryan və Artsax hüquq müdafiəçisi Geğam Stepanyan Sumqayıt qətliamının 34-cü ildönümü münasibətilə belə bir bəyanatla çıxış ediblər.

“Biz Azərbaycan hakimiyyətini 44 günlük müharibədən sonra dinc əhaliyə, hərbi əsirlərə və həlak olan hərbçilərə qarşı işgəncələrə görə zorakılıq təşkil edən və həyata keçirən şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq.

Biz həmçinin Azərbaycanda hələ də əsirlikdə olan erməni hərbi əsirləri və digər məhbusları qeyd-şərtsiz azad etməyə çağırırıq” – deyərək bəyanatda bildirilir.

Onlar həmçinin Azərbaycanı Artsaxın erməni tarixi və mədəniyyət irsinə qarşı vandalizmi dayandırmağa çağırırlar.

Bundan başqa, Ermənistan və Artsaxın hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş zorakılığa, eləcə də Azərbaycanda mövcud anti-erməni siyasətini qiymətləndirmək və dayandırmaq üçün görülən tədbirlərə lazımi hüquqi qiymət verməyə çağırırlar.

Onlar xatırladırlar ki, Sumqayıt qətliamı sovet hakimiyyəti tərəfindən sənədləşdirilib, lakin cinayəti törədənlər, təşkilatçılar məsuliyyətə cəlb olunmayıb.

Ombudsmanlar qeyd edirlər ki, Azərbaycan hakimiyyətinin uzun illər cəmiyyətdə səpdiyi anti-erməniçilik toxumları özünün ən pis təzahürünü Azərbaycanın 2020-ci ildə Artsaxa qarşı başlatdığı müharibə zamanı alıb.

Xatırladaq ki, 1988-ci ildə 26-29-da Bakıdan 20 kilometr aralıda yerləşən Sumqayıt şəhərində Azərbaycan hakimiyyəti yerli erməni əhalisini qırmağa başladı və bu, erməni əmlakının kütləvi talan edilməsi və dağıdılması ilə müşayiət olundu.

Rəsmi məlumata görə, 26 erməni öldürülüb, qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı bir neçə yüzdür.

Daha çox göstər
Back to top button