
“Azərbaycanda işgəncələr qarşı mübarizə sahəsində vəziyyət olduqca bərbaddır və getdikcə insan hüquq və əsas azadlıqlarının vəziyyəti aşağı düşməkdədir, hər addımda insanlara işgəncə verilir, hüquqları pozulur.”
Bu barədə ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” ictimai birliyinin 2022-ci ilin yanvar və fevral ayları üçün insan hüquqları və işgəncə hallarına dair hesabatında deyilir.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin monitorinq, müşahidələrinə əsasən Azərbaycanda son aylarda ən çox siyasi hüquqlar, azad-fikir və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırılması, mülkiyyət, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulub. İctimai-siyasi xadimlərin, ictimai fəalların şantaj və susdurmaq məqsədini güdən, mediada və sosial şəbəkələrdə yayılan şəxsi yazışmalar, şəkillər, videollar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmır və bu sahədə vəziyyət heç də ürək açan deyil,” sənəddə qeyd edilir.
Mərkəzi hesan edir ki, məhkəmələr siyasi hakimiyyətdən tam asılıdır və onlardan ədalətli məhkəmə araşdırılması gözləmək mümkün deyil, siyasi movitli işlərdə siyasi sifarişləri yerinə yetirirlər.
Hesabatda bu ilin yanvar-fevral aylarında -Milli Şuranın, Xalq Cəbhəsi və Müsavat Partiyasının fəallarına qarşı insan hüquq və azadlıqları, işgəncə, qeyri-insani rəftar və məhkəmə-hüquq sistemindəki hüquq pozuntuları ilə bağlı faktar təqdim edilib.
Sənədəd həmçinin bildirilir ki, Almaniyada mühacirətdə olan AXCP üzvləri- Mütəllim Orucun, Malik Rzayevin, Pünhan Kərimlinin və Cəfər Mirzəyevin Azərbaycana deportasiya olunandan sonra onlara qarşı qanunsuz, qurama cinayət işi açılmış və qanunsuz olaraq həbs olunublar.
Mərkəz Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin böhtan ittihamı ilə həbs edildiyini, “Tərtər işi” kimi tanınana cinayət işi üzrə işgəncələrə və digər faktlara da toxunub.







