
ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan ATƏT PA-nın prezidenti Marqareta Sederfeltə və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenə məktub göndərib. Bu barədə o, “Facebook” səhifəsində məlumat verib.
“Məktubda mən Azərbaycanın Artsaxa qarşı başlatdığı sürünən müharibənin son günlərinin hərəkətlərini, qaz təchizatının kəsilməsi nəticəsində yaranan humanitar böhranı təsvir etmişəm.
Mən beynəlxalq həmkarlarımın diqqətini ona yönəltmişəm ki, Azərbaycan beynəlxalq aləmdə Cənubi Qafqazda sülh mövqeyindən çıxış edəndə Azərbaycan öz hərəkətləri ilə Dağlıq Qarabağ xalqını psixoloji, humanitar və hərbi terrora məruz etməyi davam etdirir və məqsədi erməniləri Artsaxdan çıxarmaqdır.
Mən beynəlxalq ictimaiyyətin yaranmış vəziyyətə operativ reaksiya verməsi, Azərbaycanı dərhal cilovlamağın vacibliyi, Ermənistanın ATƏT-in Minsk Qrupunun himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə və yekun həllini bərpa etməyə hazır olduğunu bir daha təsdiqləmişəm”- deyə o yazıb.







