
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbignyev Raun yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Gürcüstanda nazir Raun prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.
O, Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Ermənistanda Raun prezident Vahagn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Onun səfərinin gündəliyində regional sülh və sabitlikdir.







