BaşlıcaSiyasət

Baş nazir:  “RF ilə kommunikasiyaların açılması prinsipləri ilə bağlı mühüm razılaşmalar əldə olunub”

ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasında keçirdiyi görüşlər zamanı regional sabitlik və təhlükəsizliklə bağlı məsələlərə xüsusi diqqət yetirib.

Hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına rəsmi səfərinə toxunaraq, səmimi qəbula görə Rusiya Federasiyasının həmkarlarına təşəkkür edib. Paşinyan həmin səfəri səmərəli hesab edir.

“Biz regional kommunikasiyaların açılması prinsipləri, Ermənistan Respublikası və Rusiya Federasiyasının yanaşmalarının müəyyənləşdirilməsi üzrə mühüm razılaşmalar əldə etdik.

Bu məsələ ilə bağlı praktiki olaraq bütün beynəlxalq tərəfdaşlarımızın ümumi mövqelərini qeyd edə bilərik. “

Bunun fonunda  mən Ermənistan Respublikasının Şərqdən Qərbə Ermənistan Respublikasının ərazisindən keçməklə dəmir yolunun tikintisinə başlamağa hazır olduğunu bir daha təsdiqləmək istəyirəm”- deyərək  Baş nazir bildirib.

Dövlət başçısı ümid edir ki, Rusiya Federasiyası, Ermənistan Respublikası və Azərbaycan Respublikası Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi bu məsələ üzrə üçtərəfli işçi qrupu tezliklə bu məsələ ilə bağlı zəruri sənədləri işləyib hazırlaya vəprosesə  başlamaqla bağlı razılaşdıra biləcək.

Daha çox göstər
Back to top button