
Ermənistandakı Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçuları qış mövsümündə keçirilən nəzarət-yoxlama təlimləri zamanı şərti düşmənin Alağyaz yüksək dağlıq hərbi sahəsində təxribat-kəşfiyyat qrupunu məhv ediblər.
Bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumatlandırıb.
Xüsusi təyinatlı bölmə tanış olmayan ərazidə “düşmən”in təxribat-kəşfiyyat qrupunun aşkarlanması tapşırığını yerinə yetirib, gizli komanda məntəqələrinin, radiostansiyaların və rabitə qovşaqlarının, texnikanın və sursat anbarlarının toplandığı yerlərin aşkarlanması vasitələrindən istifadə olunub.
Onlar aşkar edilən halda , “rəqib” adi silahdan açılan atəşlə məhv edilib.
Xüsusi xidmət bölməsinin hərbçiləri ərazinin məxfi “daşıma”sını həyata keçirib, uzunmüddətli müşahidə məntəqələri ilə təchiz olunub, əsas qüvvələrdən kəsildikdə sağ qalma vasitələri sınaqdan keçirilib.
Müasir silahlardan və texniki kəşfiyyat vasitələrindən, o cümlədən ən son optik-elektron müşahidə komplekslərindən istifadə vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.







