BaşlıcaSiyasət

Slovakiya şirkətləri Ermənistan AES-də görülən işlər üçün tenderlərə dəvət olunub

Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Slovakiya Respublikasının İqtisadiyyat nazirinin müavini Peter Gerhartın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nüvə enerjisi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Slovakiyanın atom elektrik stansiyalarının istismarı sahəsində böyük təcrübəyə malik olduğu nəzərə alınaraq, hər iki tərəfin nüvə enerjisi sahəsində təcrübə mübadiləsi aparması, müvafiq qurumlar arasında birgə layihələrin həyata keçirilməsi vurğulanıb.

Slovakiya şirkətləri Ermənistan AES-də görülən işlər üçün tenderlərə dəvət olunub.

Daha çox göstər
Back to top button